01.01.08/Mədinə Gülgün/Yer üzündə bir evim var
Yer üzündə bir evim var
Tarix: 01.01.08// Yazar: Mədinə Gülgün
Yer üzündə bir evim var,
Pəncərəsi günəşə.
Nəğmə deyib, quşlar qonar,
Pəncərəmə həmişə.
Yer üzündə bir evim var,
Min zəhmətlə qurmuşam.
Ordan iki körpə qartal
Böyüdüb uçurmuşam.
Yer üzündə bir evim var,
Ocağı daim yanar.
Onun sönməz şöləsindən
Ürəyim işıqlanar.
Yer üzündə bir evim var,
Xatirələr məskənim.
İlqarında düz olana
Açıqdır qapım mənim.
Yer üzündə bir evim var,
Orda neçə illərdir,
Taleyi bir, arzusu bir
İki şair ömr edir.
Yer üzündə bir evim var,
Orda qəmim, sevincim,
Ordan gedər əlçatmayan
İllərə ömür köçüm.
Yer üzündə bir evim var,
Sanki xəyala dalmış.
O, mənimçün ən müqəddəs,
İsti aşiyan olmuş.
Yer üzündə bir evim var,
Batmaz tufanlar ona.
Bünövrədən bağlıdır o,
Bu Vətən torpağına,
Bu Vətən torpağına.
12.12.2007/Amaliya Nəsirli/"Sevimli şair" Bayron
"Sevimli şair" Bayron
Tarix: 12.12.07// Tədqiqatçı: Amaliya Nəsirli
Bayronun tərbiyəsi ilə anası məşğul olur. 1798-ci ildə babasının qardaşından 10 yaşlı Bayrona miras kimi lord titulu və Nottingemşir qraflığındakı Nyusted malikanəsi verilir. Məhz buna görə də Bayron ilk təhsilini zadəgan uşaqlarına məxsus qapalı Harrou məktəbində ala bilir. Dərslərinə məsuliyyətlə yanaşmasa da, mütaliəyə kifayət qədər vaxt ayırır, ilk şeirlərini də burada qələmə alır. Harrou məktəbini bitirdikdən sonra 1805-ci ildə Kembric universitetinə daxil olur və 1808-ci ildə universiteti bitirir. 1807-ci ildə “Asudə saatlar” adlı ilk şeir məcmuəsini, 1809-cu ildə isə mürtəce romantiklər və burjua tənqidi əleyhinə “İngilis bardları və şotland icmalçıları” satirik poemasını nəşr etdirir. Elə həmin il Lordlar palatasının üzvü seçilir. Bayronun təhsil aldığı Kembric universitetində həqiqi elmdən başqa hər şey öyrədilirdi. Bu barədə Bayron istehza ilə yazırdı: “Gərək Kembric və Oksford universitetlərində “Bayron mükafatı” təsis edilsin, çünki bu universitetlərdə həqiqi elmin öyrədilmədiyini ilk dəfə kəşf edən mən olmuşam”.
Öz fəlakətlərinin səbəbini yeni ixtira edilmiş maşınlarda görən və buna görə də maşınları sındıran fəhlələr haqqında dövlətin çıxardığı qərarın əleyhinə lordlar palatasında ilk dəfə çıxış edən də məhz Bayron olmuşdur. 1809-cu ildə Bayron səyahətə çıxır. O, İspaniyada,
Bayron «Çayld Haroldun səyahətləri», «Şərq poemaları», «Qabil», «Don Juan», «Manfred» və sair kimi dünya ədəbiyyatı xəzinəsinə daxil olmuş əsərlərin müəllifidir. Yaxın Şərq ölkələrinə səyahətdən qayıtdıqdan sonra 1813-1815-ci illər ərzində Bayron bir neçə poema yazır. Sonradan bu poemaları ədəbiyyat tarixində «Şərq poemaları» adı ilə məşhur olur. «Şərq poemaları»na aşağıdakı altı poema daxildir: «Gavur» (may, 1813) «Abidos gəlini» (dekabr, 1813), «Korsar» (1814-cü ilin əvvəlləri), «Lara» (avqust, 1814), «Korinfin mühasirəsi»,
«Parizina» (1815-ci ilin sonu, 1816-cı ilin əvvəlləri). Bu poemaların süjeti gərgin dramatik hadisələrlə başlayıb, kəskin faciəvi sonluqla bitir. Bu poemalarda əsas rolu mahiyyətcə üç şəxs : qəhrəman, onun məşuqəsi və rəqibi oynayır. Bayronun qəhrəmanları cəmiyyətə qarşı üsyan edən mübariz, lakin, təkbaşına mübarizə aparan qəhrəmanlardır. Bayron, şəxsiyyəti hər şeydən üstün tutur, onun poemalarında əsas yeri ancaq tək-tək qəhrəmanlar tutur və Bayron ancaq bu şəxsləri mədh edir. Buna misal olaraq «Gavur» poemasından Gavuru, «Abidos qəlini»ndə Səlimi göstərmək olar. «Korinfin mühasirəsi»ndə Bayron bir qədər də ilə gedir. Azadlıq ideyası, vətən istiqlaliyyəti uğrunda kütləvi hərəkət, kütlə və qəhrəmanın münasibəti burada artıq ayın naxışlarla seçilir. «Şərq poemaları»ndan danışarkən Bayronun həmin dövr yaradıcılığının iki əsas xüsusiyyəti nəzərə alınmalıdır. Bunlardan biri Bayronun Şərq ölkələrinə səyahətdən sonra yazdığı əsərlərə Şərq poeziyasının müsbət təsiri, digəri isə bu poemalardan daxili və xarici irtica qüvvələrinə qarşı kəskin etiraz və üsyan motivlərinin zəngin olmasıdır.
Bayronun yaşadığı dövr avropalıların Şərq ölkələri ilə ciddi maraqlanmağa başladığı dövrdür. Bu dövrdə Avropada bir neçə Şərq cəmiyyəti, o cümlədən 1784-cü ildə Parisdə «Asiya cəmiyyəti», 1821-ci ildə Londonda «Asiya kral cəmiyyəti», 1823-cü ildə Leypsiqdə «Alman Şərq cəmiyyəti» yaranır. İngiltərədə U.Cons (1746-1796) və Q.Kolburq (1765-1837) sanskrit dilini Avropa dilləri ilə müqayisə edərək öyrənməyə başlayırlar. Şərq mövzusu bir müddət dünya klassik əsərlərində əsas yer tutur. Avropada Hötenin «Şərq divanı», V.Hüqonun «Orientaliya»sı çap olunur. Radişşev Hafiz Şirazinin divanından bəhs edir. 1812-1813-cü illərdə Hafiz Şirazi alman dilinə tərcümə olunur. Şərqi öyrənməyə dair bir sıra kitablar çapdan çıxır. Bayron da Şərqə səyahətdən sonra, «Şərq poemaları”nı «Çayld Harold» məhz bu dövrdə yazmışdır. Bayronun Yaxın Şərq xalqlarının adət və ənənəsi ilə tanışlığı iki vasitə ilə olmuşdur. Bunlardan birincisi Şərq haqqında yazılmış tarixi kitablar və Şərq klassiklərinin ingilis dilinə tərcümə edilmiş əsərləridir ki, Bayron bu kitabların əksəriyyətini hələ uşaqkən oxumuşdu. İkincisi Şərqə səyahəti zamanı Bayronun Şərq xalqlarının həyatı ilə yaxından
Şübhəsiz ki, sonralar Bayronun Şərq ölkələrini səyahət etmək arzusuna düşməsinə səbəb də onun bu ölkələrin tarixi, ədəbiyyatı və mədəniyyəti ilə tanışlığı idi. Bayron qeyd edirdi: «Türkiyə tarixi» mənə hələ uşaq ikən ləzzət verən ilk kitablardan biri olmuşdur. Əminəm ki, sonradan mənim Levantı səyahət etmək arzuma bu kitabın müəyyən təsiri olmuş, ola bilsin ki, şeirlərimdə hiss olunan şərq ruhuna da səbəb budur». Bayronun səyahətə getməsinin əsas səbəbi o zaman hamını maraqlandıran Şərq ölkələrini görmək və əylənmək arzusu olmamışdır. İngiltərə cəmiyyətindən üz döndərən İngilis burjuaziyasının çirkin simasından cana gələn şair, oranı əbədi olaraq tərk etmək məqsədi ilə səyahətə çıxır. Bayron yola düşməzdən əvvəl müasiri Hansona yazdığı məktubunda deyir: "Mənə lənətə gəlmiş bu ölkədən çıxıb getməyə icazə verin və mən sizə söz verirəm ki, müsəlmanlığı qəbul edərəm lakin geriyə qayıtmaram”. Şərq ölkələrinə səyahət zamanı Bayron həmin xalqların dillərini öyrənməyə böyük həvəs göstərir. Malta adasına gələn kimi Bayron bir rahibdən ərəb dilini öyrənməyə başlayır. Şərq xalqlarının adət və ənənələrini öyrənmək məqsədi ilə Bayron bu xalqların içərisində yaşamış, onların gündəlik həyatı ilə çox yaxından tanış olmuşdu. O, 1810-cu ildə anasına yazdığı məktubunda deyir: "Mən yunanların, türklərin, italyanların eləcə də ingilislərin (şərqdə yaşayan ingilislərin) evlərində qalmışam. Bir gün sarayda, o biri gün inək damında, bir gün paşa ilə, ertəsi gün çoban ilə olmuşam. Bayron İrana da səyahət etmək arzusunda olmuşdur. Bu məqsədlə o, Kembric universitetinin ərəb dili professorundan lazımi məlumatlar toplayır, anasından isə, o, zaman “Qoca hindli” kimi tanınan mayor Vastondan bəzi sualları öyrənməsini xahiş edir.
Məlum olduğu kimi Şərq mövzusu başqa ingilis ədiblərini əsərlərində də öz bədii əksini tapmışdır. Yazıçılardan fərqli olaraq Bayron şərqi özünəməxsus bir şəkildə. Avropaya təqdim etmişdir. Bayron Avropa ədəbiyyatında yeni lirik-romantik tipli poema janrını yaratmışdır. Bayron Soutinin əksinə olaraq türk, yunan, alban xalqlarının folklorundan, adət və ənənələrindən kor-koranə şəkildə deyil insan şəxsiyyətini yüksəklərə qaldırmaq məqsədi ilə istifadə etmişdir. Həmin mahnını Bayron da eşitmişdi. Bu günahsız qızın taleyi Bayronu və onun yol yoldaşı Hobhauzu çox maraqlandırmış və onlar bu hadisəni müfəssəl öyrənməyə çalışmışdılar. Əli paşanın gəlini, əri Muxtarın son zamanlar onu gözdən saldığından qayınatasına şikayət edir. Poemanın qəhrəmanları atəşli məhəbbətlə sevən, qəlbi düşmənə qarşı nifrət və intiqam hissi ilə dolu olan şərqlidir. Bayron üsyankar təbiətli qəhrəmanlarını yaradarkən onların iztirab, hiss və düşüncələrini, alovlu duyğularını, dünyagörüşlərini bütün dolğunluğu və dərinliyi ilə təsvir etmək üçün islam dini və əqidəsi ilə bağlı olan sözlər də işlətmişdir. Şübhəsiz, şairin bu sözləri həmin əqidənin təbliğinə deyil, hər şeydən əvvəl onların xarakterik xüsusiyyətlərinin, mənəviyyatının təsvirinə xidmət etmişdir. «Şərq poemaları»nda «Leyli və Məcnun» dastanındakı Leyli obrazını xatırladan əlamətlərə də təsadüf edilir. Professor Əli Sultanlı Nizaminin «Leyli və Məcnun» poemasının Avropada ən çox təsirini «Abidos gəlini»ndə görür.
Şərq haqqında yazan başqa ingilis şairlərindən Bayronun üstünlüyü ondadır ki, o, Şərq adətlərini özünəməxsus bir şəkildə vermişdir. Müsəlman qadınlarının naməhrəmlərə baxmaq hüququndan məhrum olması və sair buna misaldır. «Abidos gəlini»ndə üsyan, protest motivləri kəskin bir şəkildə verilmişdir. Böyük emosional gücə malik olan bu əsərin qəhrəmanı Konrat daha üsyankar, daha barışmaz bir obrazdır. «Korsar», «Dara», və «Parisin əsərləri»ndə Bayron Şərq adət və ənənələrinə nə qədər yaxından bələd olduğunu nümayiş etdirmiş, Şərq həyatını gözəl , romantik ifadəsini verə bilmişdir.
Şərq şeirinin ən gözəl xüsusiyyətlərini, ifadə tərzini, ingilis poeziyasında ilk dəfə özünəməxsus bir şəkildə işlətməklə yanaşı, müəyyən şərq sözlərini də ingilis dilinə ilk dəfə gətirən Bayron olmuşdur. Bayron istifadə etdiyi bu sözləri mexaniki mənada işlətmir və bəzən onlara yeni məna verir. Bayronun yeni məna verib işlətdiyi şərq sözlərinə həmin mənada başqa ingilis yazıçılarının da əsərlərində rast gəlirik. Məsələn, Sultanə-xanım mənasında, saray-hərəmxana mənasına və s.
«Şərq poemaları»nda ilk dəfə işlədilən şərq sözlərinin əksəriyyəti türk sözləridir. Bunun da səbəbi bu poemalarda türk həyatı adət və ənənələrinin təsvir olunmasıdır. Bu sözlərin bəziləri xalis türk, bəziləri isə türk dilində vətəndaşlıq hüququ almış, öz ilk şəklini dəyişmiş, fars, ərəb sözləridir ki, Bayron da bu fars, ərəb sözlərini fars, ərəb dillərində olduğu kimi deyil, məhz türkləşdirmiş formada işlətmişdir. Bayron öz gündəliyində mübarizəyə qalxmış İtaliya xalqı haqqında yazırdı: «hakimlər xalqlarla vuruşmaq niyyətindədir. Qoy belə də olsun! Axırda onlar əziləcəkdir. Krallıq dövrü qurtarmaq üzrədir. Bayronun «Korinfin mühazirəsi” poeması «Şərq poemaları» içərisində ən xarakterik əsərlərdən biridir. Şair burada vətəndən didərgin düşən qəhrəmanların öz düşmənlərinə qarşı necə amansız intiqam ehtirası ilə yandığını, sevgilisi Françeskaya olan yüksək məhəbbətini, dinə münasibətini göstərir.
Türk işğalçılarının yunan torpağına hücumu şairin kəskin qələmi ilə bədii boyalarla ifşa edilir. Bayron türk ordusunun müharibəsini müəyyən bir amal uğrunda gedən mübarizə kimi deyil, qarətçilik müharibəsi kimi göstərmişdir. Bayron müharibə dəhşətlərini, onun yaratdığı faciələri böyük sənətkar qələmi ilə göstərmişdir. Bu poemada kütləvi səhnələr daha çoxdur. Bayron azadlıq ruhu burada daha çox pərvaz edir. Şairin yunan xalqının azadlıq üçün döyüşlərdə canını qurban verən oğulları haqqında yazdığı məqamlarda sevgi məhəbbət mövzusu ilə müharibə mövzusu sıx bağlıdır. Bayronun digər «Şərq poemaları», – «Korsar», «Dara» və «Parizana» da öz spesifik xüsusiyyətləri ilə seçilən yüksək bədii ilhamla yazılmış əsərlərdir. Hələ 1827-ci ildə Puşkin göstərirdi ki, Lord Bayronun əsərlərindən heç birisi İngiltərədə «Korsar» qədər güclü və dərin təəssürat oyatmamışdır. Bu əsərdə protest hissi daha üstündür.
Böyük şairin ölümündən 135 il keçməsinə baxmayaraq onun səsi bugün də azadlığa, dincliyə, müharibə əleyhinə güclü bir çağırış kimi gurlayır.
Xəlil Rza Ulutürk
Vur!
Elə mən özüm də bu gün yırtıcı...
Yırtıcı nifrətim düşməni qovur.
Ayıq kirpiklərim qisas qılıncı...
Vur,ölən daşnakdır,adam deyil,vur !
Yırtıcı düşmənim düşməni qovur.
Adam bənzəyir yalnız zahiri,
Kirli caynaqları neştərdən iti.
Dişinin dibində ölüm zəhəri,
Gəlir Yer üzünün ən murdar iti.
Kirli caynaqları neştərdən iti.
Bu gün Azərbaycan boylu gəlindir,
Yurdum özü boyda intiqam doğur.
Polad yumruğunu gürz kimi endir,
Gəbərən daşnakdır,adam deyil,vur !
Yurdum özü boyda intiqam doğur.
Nə ilan,nə əqrəb təhlükəlidir,
Qəsbkar əqrəbdən qat – qat şərəfsiz.
Maskalı surəti ərzə bəllidir.
Paklar məbədinə girir natəmiz.
Qəsbkar əqrəbdən qat – qat şərəfsiz.
Girir qılığına Nazarbayevin,
Girir arxasına Rafaellinin.
Min – min sifəti var təpəgöz divin,
Haça ürəklinin,haça dillinin.
Girir arxasına Rafaellinin.
İnanma millətbaz dələduzlara,
Rütbədən rütbəyə sürünənlərə.
Çoxu qulbeçədir tox donuzlara.
Rütbədən rütbəyə sürünənlərə.
Yalnız Ulu Türkə,Xəlil Rzaya,
Yalnız öz ruhuna inamın olsun.
Ey arslan ürəklim,dönmə quzuya,
Qələbə ən böyük məramın olsun
Yalnız öz ruhuna inamın olsun !
Güllə tükənərsə avtomatında,
Baxışın güllədir,əsirgəmə,vur.
Tankın büdrəyirsə əlin altında,
Tankdan,raketdən də güclü qardaşım,
Vur,fateh külünü göylərə sovur.
Baxışın güllədir,əsirgəmə,vur !
Südəmər balamın ağ boğazında
Göy ləkələr qoyub o beyni çopur.
Dön qaynar polada ilan ağzında,
Vur,ölən daşnakdır,adam deyil,vur !
Daşnak – planetə ən böyük yağı
Ayağı altında vulkan olmalı !
“Dənizdən dənizə...” deyən alçağı
Boğmağa ildırım,ümman olmalı.
Ayağı altında vulkan olmalı !
Çağırır Zəngəzur: - Zərbəni bərk vur !
Səngərdə möhkəm dur !.. Çağırır Göyçə.
Laçınım,Şuşa adlı sonusz cahanım –
Natəmiz əllərdə qalan gülqönçə...
Çağırır ox kimi minarələri,
Müqəddəs heykəli devrilənlərim.
Yıxılan baş daşı,məzarı,qəbri
Nəbatat bağına çevrilənlərim,
Müqəddəs heykəli devrilənlərim.
“İntiqam” Qışqırır yaralı dağlar,
Qanları çaylara qarışanlarım.
Dağılan tifaqlar,sönmüş ocaqlar,
Şikəst taleyilə barışanlarım,
Qanları çaylara qarışanlarım.
“İntiqam” qışqırır yaralı çaylar –
Zarıslı,Xəlfəli,Xaçınçay,Tərtər.
Çaylara nə söylər ulduzlar,aylar:
Qul kimi sürünmək ölümdən betər !
Qalıbsa canında bircə damla qan,
İnanma saxtakar sülhbazlara sən.
Şuşadan,Laçından əl çəkən,inan,
Kor olur,əl çəkir iki gözündən
İnanma,saxtakar sülhbazlara sən.
Əgər ölməyibsə eşqin,qeyrətin,
Vur,ölən daşnakdır,zərbəni bərk vur !
Odur ilk düşməni bəşəriyyətin.
Yırtıcı nifrətim düşməni qovur,
Gəbərən daşnakdır,adam deyil,vur !
Xəlil Rza Ulutürk 1932-ci il oktyabr ayının 21-də Azərbaycanda Salyan rayonunun Pirəbbə kəndində Rza kişinin ailəsində ilk körpə dünyaya göz açdı. Gəlişi ilə ailəyə sevinc bəxş edən uşağa babası Xəlil öz adını verdi. Körpə qayğı və nəvazişlə böyüdü. Onu yeddi yaşından məktəbə göndərdilər.
İki saylı Salyan şəhər orta məktəbində təhsil aldığı ilk illərdən Xəlil öz çalışqanlığı, fərasəti və davranışı ilə müəllimlərin rəğbətini qazandı. O, Salyan şəhər kitabxanasının ədəbiyyat dərnəyinin üzvü idi. 1939-1949-cu illərin məktəb həyatı Xəlilin bədii ədəbiyyat aləminə, necə deyərlər, poeziyanın əzablı, romantik yaradıcıhq meydanına çıxması üçün hazırhq dövrü oldu. Onun şifahi xalq ədəbiyyatını, klassik ve müasir yazıçıların əsərlərini mütaliə etməsi, istər-istəməz onda yazıb-yaratmağa güclü həvəs oyatmışdı. Xəlil onu həyəcanlandıran, düşündürən hadisələri bəzən poetik dillə ifadə etməyə çalışırdı. Onun ilk mətbu şeri "Kitab" 1948-ci ildə "Azərbaycan pioneri" qəzetində dərc olunmuşdur.
1949-cu ildə Xəlilin Azərbaycan Dövlət Uiversitetinin filologiya fakültəsinin jurnalistika şöbəsinə daxil olması, Bakı ədəbi mühiti onun yaradıcılıq imkanlarına geniş yol açdı: universitetdə ədəbiyyatşünas-alim Cəfər Xəndanın, sonralar şair Bəxtiyar Vahabzadənin rəhbərlik etdiyi ədəbi dərnəkdə, istərsə də Azərbaycan Yazıçılar Birliyində xalq yazıçısı Mirzə İbrahimovun başçılığı ilə keçirilən "Gənclər günü" məşğələlərində fəal iştirak etməsi Xəlil Rzanın şair kimi püxtələşməsinə ciddi təsir göstərdi.
1954-cü ildə Azərbaycan Dövlət Universitetini bitirən Xəlil Rza əmək fəaliyyətinə "Azərbaycan qadını" jurnalı redaksiyasında başlamışdır. O burada ədəbi işçi vəzifəsində çalışdığı iki ildə (1955-1957) dövri mətbuatda çap etdirdiyi məqalə və şerlərlə ədəbi ictimaiyyətin diqqətini cəlb etmişdir. 1954-cü ildə Xəlil Rza SSRİ Yazıçılar ittifaqının üzvü seçilir. Onun ilk şerlər toplusu - "Bahar gəlir" (1957) kitabı da nəşr olunur. 1957-ci ilin avqust ayında Azərbaycan Yazıçılar İttifaqı Xəlil Rzanı Moskvaya, M.Qorki adına Dünya Ədəbiyyat İnstitutu nəzdində olan ikiillik Ali Ədəbiyyat kurslarına göndərməsi də gənc şairin gələcəyinə inamla bağlı idi. Xəlil Rza Institutda rus ədəbiyyatının görkəmli sənətkarı Pavel Antokolskinin rəhbərlik etdiyi bölmədə poeziyanın nəzəri əsaslarını öyrənməklə yanaşı, dünya xalq-larının mədəni irsi ilə yaxından tanış olmuşdur. Moskvada təhsil illərində görkəmli rus şairi Samuil Marşakın evində və Yasnaya Polyanada dahi Lev Tolstoyun xatirə muzeyində olması, Leninqrada Ermitaj xəzinəsinə kollektiv səfəri, Nazim Hikmət və Mixail Şoloxovla görüşləri gənc şairin xatirəsində dərin izlər buraxmışdır.
1959-cu ildə Xəlil Rza Bakıya qayıtdıqdan sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun aspiranturasında təhsilini davam etdirmişdir. O, 1963-cü ildə "Müharibədən sonrakı Azərbaycan sovet ədəbiyyatında poema janrı (1945-1950)" mövzusunda yazdığı dissertasiyanı uğurla müdafiə etmiş, fılologiya elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür. Onu institutda müəllim kimi saxlamışlar. Tələbə auditoriyasına müəllim kimi daxil olduğu gündən Xəlil Rza dərs proqramı çərçivəsi ilə məhdudlaşmamış, vətənpərvərlik ruhlu mühazirələrində qədim milli bəşəri dəyərlərimizdən və doğma dilimizdən ürək yanğısı ilə söhbət açmışdır.
Xəlil Rza Azərbaycan dilinin saflığı, əcnəbi dilin təsirinə məruz qalmaması üçün özünəməxsus mübarizə yolu da seçmişdi. Harada olursa-olsun doğma dilində təmiz damşmayan müsahibindən eşitdiyi hər yabançı kəlmə üçün 5 qəpik cərimə tələb edər, "danışığından məmnun qaldığı soydaşlarını bir manat məbləğində mükafatlandırardı". Beləliklə, o, müasirlərinin diqqətini ana dilinin safhğını qorumağa cəlb etməyə, digər tərəfdən ruslaşdırma siyasətinə qarşı mübarizə aparmağa çalışardı. Əlbəttə, bütün bunlar dövlətin hakim dairələrinin nəzər-diqqətindən yayınımr, çox çəkmir ki, onun ictimai-pedaqoji fəaliyyəti məhdudlaşdırılır. "Bilik" cəmiyyəti yolu ilə Azərbaycan rayonlarına göndərilməsi qadağan olunur. Şair Sabir Rüstəmxanlı yazır:
"Xəlil Rzanı başa düşməyənlər çox idi. Onun cəsarətli vətəndaşlıq şerlərini dinləməkdən belə qorxanların sayı min-min idi. O, kürsüyə qalxanda durub salonu tərk edirdilər. Xəlilin antisovet, antiimperiya çıxışlarına dəlilik kimi baxanlar, onun səsini kəsməyə çalışan, yüksək kürsülərə yolunu bağlayan, onu kiçiltmək istəyənlər Xəlil Rza istedadının Allah vergisi olduğunu, şairin Allah hökmü ilə danışdığını dərk edə bilmirdilər" (Bax: X.Rza. "Ömür kitabı"nı yazan şairə. Bakı, 1998, səh. 5.).
Xəlil Rza Azərbaycan Dövlət Pedaqoji İnsti-tutundan uzaqlaşdırır. Onu Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutuna dəvət edirlər. Burada Xəlil Rza bütün qüvvəsini elmi-tədqiqat işinə və bədii yaradıcılığa həsr edir. Azərbaycan-Özbək ədəbi əlaqələri, Maqsud Şeyxzadənin həyat və yaradıcılığı haqqında monoqrafık əsərlər üzərində çalışır. Buna baxmayaraq, Xəlil Rza yenə də "şübhəli şəxs" kimi təqib olunur, onun imkanlarını məhdudlaşdırır, "təhlükəli ictimai müba-rizə" yolundan çəkindirməyə çalışırlar. 1984-cü ildə şairin "Ömürdən uzun gecələr" adlı kitabı və SSRİ xalqlarının dillərindən tərcümə edilmiş poetik əsərlərdən ibarət "Qardaşhq çələngi" toplusu ictimaiyyət tərəfindən Azərbaycan SSR Dövlət mükafatına təqdim olunsa da, hakim dairələrin etinasızlığı ilə qarşılandı. Bu soyuq münasibət onu sarsıtmadı. Şairin ən böyük vəzifəsini yazıb yaratmaqda görən Xəlil Rza yorulmadan var qüvvəsi ilə çalışır; yeni şerləri, elmi araşdırmaları ilə təsəlli tapır. 1985-ci ildə "Maqsud Şeyxzadənin bədii yaradıcılığı və Azərbaycan-Özbək ədəbi əlaqələrinin aktual problemləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edir. 1986-cı ildə Azərbaycan ədəbiyyatnın inkişafındakı xidmətlərinə görə ona əməkdar incəsənət xadimi fəxri adı verilir.
80-ci illərin axırlarında xalq azadlıq hərəkatı genişləndiyi zaman Xəlil Rzanın gur səsi Azərbaycanın bütün regionlarında eşidilirdi. O, bütün varlığı ilə xalq hərəkatına qoşulmuşdu, hər yerdə rus şovinist siyasətini, Dağlıq Qarabağ torpağına təcavüz edən erməni daşnaklarını odlu-alovlu çıxışları ilə ifşa edirdi.
· Biz Türküstan elləriyik,
· Qeyrət, qüdrət selləriyik.
· Daşnakları qovan bizik,
· Dar gözləri ovan bizik.
· Yetər meydan suladılar,
· Yurdumuzu taladılar.
· Bakımızı əzizləyək.
· Əqrəblərdən təmizləyək!
· Şölə versin bu ləl, mərcan -
· Ermənisiz Azərbaycan!
Son günlərini yaşayan sovet imperiyası ömrünü uzatmaq üçün 1990-cı ilin yanvarında Azərbaycanın paytaxtı Bakıda dinc əhaliyə vəhşicəsinə divan tutdu. Bu qətliam, soyqırım siyasəti Qorbaçovun və onun əlaltılarının iradəsi ilə icra edilirdi. Bütün dünyanın açıq fikirli adamları bu aksiyanı, bəşər tarixində misli görünməmiş qətliamı lənətlə qarşıladılar. Sovet ordusu tərkibində zirehli tanklarla, hərbi gəmilər və müasir silah növləri ilə yaraqlanıb xüsusi tapşırıqla Bakını gülləbaran edənlərin törətdiyi ci-nayətlər Xəlil Rzanı sarsıtmışdı. O, bütün qüvvəsi ilə gecə-gündüz dinclik bilmədən, ürəyini məşələ çevirib xalqı düşmənlərə qarşı mübarizəyə səsləyirdi: xarici ölkə jurnalistlərinə verdiyi müsahibələrdə 20 yanvar hadisələrini, Qorbaçovun və onun əlaltılarının qanlı əməllərini dünya ictimaiyyətinə çatdırmağa çalışırdı.
1990-cı il yanvann 26-da Xəlil Rza SSRİ Dövlət Təhlükəsizliyi əməkdaşlan tərəfindən həbs edilib Moskvaya Lefortovo həbsxanasına göndərilir. Aramsız sorğu-sual, ağır ittiham şairin iradəsini qıra bilmir, o, zindanda da mübarizəsini davam etdirir. 8 ay 13 gün öz mühitindən təcrid olunmuş şair odlu-alovlu qəlbinin işığında "Lefortovo gündəliyini, 200-dən çox, şer, poema və məktubunu qələmə alır. Bu əsərlər mübariz şairin ictimai-siyasi dünyagörüşünü əks etdirməklə yanaşı, öz siqləti, bədii dəyəri, məzmunu cəhətdən milli poetik fikri zənginləşdirən misilsiz abidədir. "Lefortovo gündəliyi" şairin qəbul etdiyi Ulutürk təxəllüsünün vəsiqəsidir.
(Xəlil Rza 1990-cı il yanvarın 29-dək - 40 illik ədəbi-bədii yaradıcılığı dövründə öz əsərlərini "Xəlil Xəlilov", "Xəlil Xəlilbəyli", "Xəlil Odsevər", "Xəlil Rza" təxəllüsləri ilə çap etdirmişdi. "Xəlil Rza Ulutürk" təxəllüsü isə şairin keçdiyi mübarizə yolunun, ədəbi-mənəvi axtarışlarının məntiqi nəticəsi idi. Şair ömrünün son illərində, dörd il beş ay, 22 gün - 1994-cü il iyun ayının iyirmi ikisinədək, dünyasını dəyişən günədək yazdığı şerlərdə və nəşr etdirdiyi kitablarda Xəlil Rza Ulutürk imzasını qoymuşdur. Şairin vəfatından sonra, onun ömür-gün yoldaşı, vəfadar Firəngiz xanım XX əsrin axırlarından bu günədək Xəlil Rzanın şerlərini, gündəliklərini və tərcümələrini sahmana salıb sanballı kitab halında Xəlil Rza Ulutürk imzası ilə nəşr etdirməkdədir. O, Xəlil Rzanın yarımçıq işlərini - "işıq üzü görməyən küll halında qalmış əsərlərini" nəşr etdirməklə "onunla nəfəs alır", onu yaşadır, onu ölməzliyə, əbədiyyətə qovuşdurur).
Lefortovo həbsxanasında şəkər xəstəliyi olan Xəlil Rzanın səhhəti pozulmuşdu. 1990-cı il oktyabrın 9-da yatab qatarında Moskvadan Bakıya gətirilən Xəlil Rza, bir ay davam edən məhkəmə prosesindən sonra azadlığa buraxıldı. Necə deyərlər, bir dəri, bir sümük qalmış, bənizi saralmış şair fıziki halsızlığına, xəstəliyinə baxmayaraq, bəraət alıb azadlığa buraxıldığı ilk günlərdən yenə Azərbaycanın istiqlaliyyəti uğrunda mübarizə meydanına atılmışdı. Onun öz sözü ilə desək, düşmən ətini şişə çəksə də, fıl qüdrətini sındıra bilməmişdi.
Xəlil Rza Azərbaycan Respublikasının Ali Sovetinə növbəti seçkilərdə deputatlığa öz namizədliyini irəli sürmüş, seçkilərdə uğur qazansa da, onun seçilməsinə imkan verilməmişdir. Buna baxmayaraq, Xəlil Rza vətəndaş şair kimi geniş oxucu kütlələri ilə, döyüş bölgələrində əsgərlərlə görüşlərində şerlər oxuyur, alovlu çıxışlar edir, dinləyiciləri sərvaxt olmağa, istiqlaliyyət uğrunda mübarizəyə səsləyir, onlarda birlik və döyüşkənlik ruhu aşılayırdı.
1991-ci il mayın 6-da Xəlil Rza "Türk milləti mükafatı laureatı" fəxri adına layiq görülür. Bir ildən sonra, 1992-ci ildə ona Azərbaycan Respublikasının Xalq şairi fəxri adı verilir. Süleyman Dəmirəlin tapşırığı ilə cərrah Paşa adına Şəfa evində onun şəkərini və gözlərini müalicə edirlər. May ayının 19-da Həsaki Qəlb xəstəxanasında Xəlil Rzanın ürəyində cərrahiyyə əməliyyatı aparılır. 1993-cü il fevral ayının 11-də Bakıya qayıdan Xəlil Rza ayağından çıxarılan şırımın yeri bitişmədiyindən müalicə komissiyasında həkimlərin nəzarəti altında saxlanılır. Lakin çox çəkmir ki, həkimlərin məsləhətinə görə, şairi Almaniyaya göndərirlər. 1993-cü il avqust ayının 23-də Xəlil Rza Firəngiz xanımla Bakı-İstanbul-Köln təyyarə marşurutu ilə Almaniyaya gedir, Zolenger şəhər klinikasında müalicəsini davam etdirir. Bakıya qayıdan Xəlil Rzanın bir müddətdən sonra yenə vəziyyəti ağırlaşır, onu Kardiologiya İnstitutunda müalicə edirlər.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fransaya rəsmi səfəri zamanı Xəlil Rza və Firəngiz xanım da nümayəndə heyətinin tərkibinə daxil edilmişdi. Bu tarixi səfər Xəlil Rzanın son səfəri oldu. Fransa səfərindən sonra tez-tez ön cəbhə bölgələrində, məktəb və mədəniyyət ocaqlarında, görüşlərdə çıxışlar edib şerlər oxuması, narahat həyat tərzi, yaradıcılıqla ciddi məşğııl olması onu haldan salıb vəziyyətini ağırlaşdırdı. Sonrakı müalicə nəticə vermədi. 1994-cü il iyunun 22-də bədii yaradıcılığının barlı-bəhərli çağında şairin vətən eşqi, xalq məhəbbəti ilə çırpınan ürəyi döyünməkdən qaldı.
Xəlil Rza Ulutürk Fəxri Xiyabanda dəfn olundu, onun məzari üstündə şairin əzəmətli heykəli yüksəldildi.
Azərbaycan xalqının milli mübarizəsində xüsusi xidmətlərinə görə xalq şairi Xəlil Rza Ulutürk (ölümündən sonra) "Istiqlal" ordeni ilə təltif edildi. Onun adı əbədiləşdirildi.
Zaman keçsə də, Xəlil Rza Ulutürk yaddaşlardan heç vaxt silinməyəcək. Poeziya pərəstişkarları onun həmişəyaşıl ağacların qoynuna sığınmış məzarı üstündə ucaldılan, təzətər gül-çiçəyə qərq olmuş möhtəşəm "canlı" heykəlini həmişə ziyarət edəcək, xatirəsini əziz tutacaqlar.
Asan iş deyil
Asan iş deyil Həmişə anlayasan,
Hər işə yarayasan,
Hamını duyasan.
Başqasının süfrəsini bol gِrəndə,
ِzün də doyasan.
Qonşu sevincini gِrəndə,
ِz dərdini unudasan.
Bir qanmazı,
yüz yaxşıya bağışlayasan.
Sِyüşünü qaytarıb udasan.
Namərdlik, düşmənə bağışlanar,
ona hər kişinin haqqı var.
Namərdliyi, dosta bağışlamaq,
asan iş deyil.
ـrəyin ağlayanda toyda gülmək,
gülüş deyil,
gərək bacarasan!
Bunlar asan olsaydı,
onda daha nə vardı.
Dünyada hamı,
İnsan olardı.
----- ------- -----
Fikrət Qoca
++++++++++
Qoca Təbriz
Sənə şükürlər olsun İlahi məni Təbrizli yaratdın
Biləyim güclü yaratdın
Niyə fəxr eyləmiyim?!... Təbrizi qeyrətli yaratdın
Papağın əyri qoy oğlum
Yenə düşmən qabağında
Uca Türkün ocağında
Qoca Ərkin qalasında
O sukut qan çanağında
Belə üsyanı qopatdın...
Elə tufanı yaratdın...
Qoy o satqınlar özün Tehrana satsın!
Özünü satmışın artıq nəsi vardır ki talansın?!
Qoy onlar maskova qaçsın...
Gözünün qarşısına pərdə açanlar
Düşmənin oxlarını xalqa atanlar
Çürümüş beyni yuvanlar
İçi boş təblə vuranlar
Bizi bizdən ayıranlar
Ürəyi müftə vuranlar
Məni Təbrizdə qoyub maskovaya sinə vuranlar
Vətəni, millətini beş manata, min tümənə
Gah rusa, gah frsa satanlar!
Huşu yox başına gəlsin
Hələ qoy özlüyünü yadlara satsın
Hələ qoy Təbrizimi qanə boyansın
O Səhəndin vuqarı sönməz vuqardır Ata Təbriz
Bu Azərbaycanın evladına aydındır, əyandır qoca Təbriz
Başımı eyləmisən sən uca Təbriz
Sən Azərbaycanımın qan damari
Sən əzəldən yaranıbsan qoca aslan yatağı
Dədə qorqud sayağı...
Özü məzlum... amma məzlum dayaği!...
Baki səndən alacaqdır nəfəsi
İki qardaş qıracaqdır qəfəsi
"Rəsuloğlu" ucalandır bu səsi
"Yaşasın Türk elinin ərgənəsi
Yaşasın millətimin ənənəsi
Yaşasın Türkçülüyün dəbdəbəsi..."
Ölmüyəydim
Bakının nəğmələrin Təbriz ilə yar görəydim
Səni Azad görəydim
Səni abad görəydim
Ürəyim pasdan arınmış, səni ulduzla, aya tay görəydim...
Səni Azad görəydim...
Səni abad görəydim... Qoca Təbriz
Böyük Rəsuloğlu
Sevdinsə...
Sevdinsə beş il, on beş il nədir
bütün ِmrün boyu gِzləyəcəksən
---___---___---
Nə boyda zülm etsə sevgili sənə
sevdinsə hər zülmə dِz deyəcəksən
---___---___---
Sevdinsə kِlgəyə dِnüb hər zaman
sən onu hər yerdə izləyəcəksən
---___---___---
Sevdinsə qəm içib, dərd udacaqsan
onu unutmağı unutacaqsan
---___---___---
Zərərin xeyirdir, xeyirin zərər
sevdinsə günahın içində həqsən
---___---___---
Onu unutmağa çalışsan əgər
sən ِzün ِzünü unutacaqsan
---___---___---
Sevdinsə qanqalı gül biləcəksən
hər əsən yarpağa kِvrələcəksən
---___---___---
Sevdinsə nə dünən, nə də bu günsən
sevdinsə həmişə sən gələcəksən
---___---___---
Sevdinsə bir ِmrün ilk sabahısan
dünyanın ən bِyük xeyirxahısan
---___---___---
Bəxtiyar Vahabzadə
Mən Türkəm
Sən bizi aldatdın illərdən bəri
Mən çərxi-fələkdən dərs gِtürmüşəm
Özgə anasından süd əmənləri
Özgə qulluğunda duran gِrmüşəm
----- ------- -----
Bəsdir dِzdüyümüz ِlümdən betər
Kِhnə bazardakı kِhnə nırxa
Milləti yüz yerə caladın, yetər
Yüz arxın suyunu qatma bir arxa
----- ------- -----
Əslimi, nəslimi tanıyıram mən
Qarışıq deyiləm, ِzümdən hürkəm
Sən kimsən, sən nəsən, ِzün bilərsən
Mən ilk qaynağımdan Türk oğlu Türkəm!
----- ------- -----
Sübutdur, dəlildir, ağlın qibləsi
Dəyişə bilərsən ağlımı ancaq
Canım çıxanadək qəlbimin səsi
Türkəm gərçəyini pıçıldayacaq
----- ------- -----
Bəxtiyar Vahabzadə
++++++++++
Vətən var
Hardaysa bu dəmdə
Dəryada batan var.
Vardırsa kِməksiz
Fəryada çatan var.
Dünyada alandan
Əvvəlcə satan var.
Atəş ِz-ِzündən
Birdən-birə yanmır.
Bir şey bu cahanda
İzsiz və səbəbsiz
Bihudə yaranmır.
Vardırsa, yaranmış,
Mütləq yaradan var.
Varsansa... ِzündən
Əvvəlcə atan var.
Dünya quru bir səs,
Qəm çəkməyə dəyməz.
Yüz-yüz itən olsun,
Min-bir də bitən var.
Şükr eyləyəlim ki,
Bizlərdən həm əvvəl,
Həm sonra Vətən var.
----- ------- -----
Bəxtiyar Vahabzadə - Avgust 1980
AĞIL BAŞQA
Bir-birinə bənzəsə də,
Yel başqadır, külək başqa.
Ətri də xoş, rəngi də xoş
Gül başqadır, çiçək başqa.
Hər diki yoxuş bilmə, gəl,
Hər meyi meyxoş bilmə, gəl.
Hər uçanı quş bilmə, gəl
Quş başqadır, bِcək başqa.
Hər dərdinə ortaq mənəm,
Hər ağrını tən bِlənəm,
Sən çəkənsən, mən gələnəm
Gəmi başqa, yedək başqa.
Haqqın yolu-ِz yolumdur,
Əyilməyən düz yolumdur,
Xeyirlə şər sağ - solumdur
Şeytan başqa, mələk başqa.
Bir diləyə mən calandım,
Gah qazandım, gah talandım,
Ömrüm boyu haçalandım
Ağıl başqa, ürək başqa.
Dilək oldu mənim adım,
Pərvazlandı qol-qanadım,
atmadı səbrim, inadım
Әməl başqa, dilək başqa.
----- ------- -----
Bəxtiyar Vahabzadə
Nağıl Həyat
Anam olsan belə, ay anam, xeyli,
Səndən gileyliyəm, səndən gileyli...
Sən duymaq, düşünmək ِyrətdin mənə,
Duyub-düşünməkdən azad olaydım.
Danışmaq ِyrətdin sən ِz kِrpənə
Nola, mən anadan lal doğulaydım.
Dilini bir ilə ِyrəndim... nahaq!..
Öz dilim ِzümə kəsilib yağı.
Bütün ِmrüm boyu çalışdım, ancaq
Öyrənə bilmədim danışmamağı...
Başıma bəladır mənim ِz dilim,
Dənizəm, üzümə durub sahilim.
Yerimək ِyrətdin tutub əlimdən,
Dolaşdım aranı, dolaşdım dağı.
Balana yerimək ِyrədincə sən,
Gərək ِyrədəydin yıxılmamağı...
Fikirlər yığılır beynimdə qat-qat,
Cavablar qorxulu, suallar-yasaq.
Həyatı qanana ِgeydir həyat,
Onu qanmayana doğmadır ancaq.
Məni incidirlər bəzən qəsd ilə,
Ertəsi hər şeyi unuduram mən.
Girəvə düşəndə zalimə belə
Zülm edib, kam almaq gəlmir əlimdən.
Ana, quduzlaşır həyat, ilbəil,
Dalayır puç olan ümidlərimi.
Niyə isti deyil, mehriban deyil
Bu amansız həyat qucağın kimi?..
Hardasan, ay ana, bir gəl, mən yenə
Bəlalı başımı qoyum dizinə.
Mənə nağıl danış, dayansın anlar,
Gِrüm, nağıldakı o qəhrəmanlar
Cütbaşlı divləri nə təhər yıxır,
Nə təhər gizlənib, tilsimdən çıxır.
Bir danış, hardadır, gِrüm səadət?
Bizim yurdumuza o niyə gəlməz?
Danış, danış gِrüm, Məlik Məhəmməd
Zülmətdən işığa necə çıxdı bəs?
Danışma, ay anam, danışma, kiri,
Beynimə batmayır bu əfsanələr.
Divlər gِrmüşəm ki, nağıl divləri,
Onların yanında toyuğa bənzər.
Nadanlar gِrmüşəm, ِz yolundakı
Dikə eniş deyir, düzə dik deyir.
Tülkülər gِrmüşəm, ِz qolundakı
Dəmir zəncirlərə bilərzik deyir.
Atasını sِyən, yada baş əyən
Rəhbərlər gِrmuşəm, qəddar, amansız.
Tikana gül deyən, gülə kol deyən
Qarılar gِrmüşəm dinsiz, imansız.
Quldurlar gِrmüşəm, ِzgə yer deyil,
Yurdunu talayıb, asudə yatmış.
Tacirlər gِrmüşəm, simuzər deyil,
“Malades” sِzünə Vətəni satmış.
Dünyanı biləndən, duyandan bəri
Mənim gِzlərimdən düşüb həyat da.
Nağılda gِrdüyüm qorxunc şeyləri,
Həyatda gِrmüşəm, anam, həyatda.
----- ------- -----
Bəxtiyar Vahabzadə - Yanvar, 1964 – may, 1965
++++++++++
MƏNDƏN XƏBƏRSİZ
MƏNDƏN XƏBƏRSİZ
Ömrün fəsilləri tez başa gəldi
Yayı bəhərlidir, qışı bəhərsiz.
Bir vaxt ayıldım ki, heydən düşmüşəm
İllər ِz atını çapdı yəhərsiz.
Amal olan yerə baş qoyan illər
Toran gِzlərimə yaş qoyan illər
Ey yaşım üstünə yaş qoyan illər,
Hara qaçırsınız məndən xəbərsiz?
Ey ِmür! Gِrünür artıq sahilin
Əlin qısaldıqca uzanar dilin.
Ömürdən verdiyim yetmiş üç ilin
Zəhəri yetərli, balı yetərsiz.
öz çiyin yüküdür hər kəsin yaşı
Dərdi-sirdaşıdır, fikri-yoldaşı
Dِnüb xislətimə qəhər, gِz yaşı.
Sevinc də, kədər də ِtmür qəhərsiz.
Fikirlər selində axandan bəri
Ayıra bildimmi xeyirdən şəri?
Tِkülmüş ِmrümün yarpaq illəri
Bağçası viranə, bağı çəpərsiz.
Kِnül o kِnüldür qoca yaşımda
Fikirlər qaynaşır yenə başımda
Yenə hücumdayam sِz savaşımda
Sِzüm təpərlidir, ِzüm təpərsiz.
----- ------- -----
Bəxtiyar Vahabzadə-Avqust, 1998-Şəki.
++++++++++
Yada abidələr ucaldıb dedik...
Yada abidələr ucaldıb dedik:
Fəhləlik bizimdir, ustalıq sənin.
اox zaman ِzgəyə qulluq elədik
Beyin bizim oldu, əsər ِzgənin.
Nadir də, Qacar da ِlkələr aldı,
Vətən ucalmadı, ِzü ucaldı,
ضz doğma yurdunu ayağa saldı,
Şahlar bizim oldu, zəfər ِzgənin.
Saldıq ِzümüzü ِzümüz gِzdən,
Kül ilə oynadıq əl çəkib kِzdən.
ضlkələr nur aldı şəfəqimizdən,
Günəş bizim oldu, səhər ِzgənin.
Mənim sərvətimə cahan gِz dikdi,
Sərvətim, dِvlətim ona gərəkdi.
Babam yer şumladı, babam yer əkdi,
Əmək bizim oldu, bəhər ِzgənin.
Açdı sinəsini bizə bu torpaq,
Aləmi bəzəyib lüt olduq ancaq.
Cıdırda çapsaq da hamıdan qabaq,
Hünər bizim oldu, nəmər ِzgənin,
----- ------- -----
Bəxtiyar Vahabzadə
++++++++++
Getmək istəyirsən ...
Getmək istəyirsən, bəhanəsiz get,
Oyatma mürgülü xatirələri.
Səsin həmin səsdir, baxışın ِgey,
Gedirsən səsin də yad olsun,
Sən dəniz qoynuna tullanmış çiçək,
ـstünə dalğalar atılacaqdır.
Saxta məhəbbətin saxta sənəd tək
Nə vaxtsa üstündə tutulacaqdır.
Demirəm, sən uca bir dagsan, əyil
Demirəm, əlacım qalıbdır sənə.
Nə səndə məhəbbət qara pul deyil,
Nə mən dilənçiyəm, əl açım sənə.
Dِşənim yollar tək ayaqlarına,
Sənə yalvarım mən, bu mumkun deyil.
Qoymaram qəlbim tək vuqarım sına,
Alçalıb yaşamaq ِmür-gün deyil.
Getmək istəyirsən, o yol, o da sən,
Bir cüt gِz baxacaq arxanca sənin.
Getdinmi, geriyə dِnmək istəsən,
Tikanlı yastığa dِnəcək yerin.
Getmək istəyirsən nə danış nə din
Yox ol uzaqlartək dumanda çəndə
Nəyimi sevmişdin diyə bilmədin
İndisə yüz eyib gِrürsən məndə
Getmək istəyirsən, bəhanəsiz get,
Oyatma mürgülü xatirələri.
Səsin həmin səsdir, baxışın ِgey,
Gedirsən səsin də yad olsun,
----- ------- -----
Nüsrət Kəsəmənli
++++++++++
Yaşıl Sevgi
Yaşıl sevgi
damarlarımda axır
Qızıl boğazım
yaşıl sevgimi ucaldır
Qara yollar
aparmasın səni
Eeeey yurdumun Türk baxışlısı
Sən Tomris
Sən Həcər
Sən Sara
Sən Zeynəb Paşa
Sən Sarı Gəlin
Sən cığatı çayının laləsisən
Sən mənim yurdumum
Ceyran qızı
Ulu Türküsən
---___---___---
Araz Dənizli
++++++++++
Qara dastan
Kimsə bilməz Tanrıdağın yaşını,
Duman almış Altayların başını,
Uçurmuşdur başdan dِvlət quşunu,
Sətvətinə yüz çevirmiş zaman hey…
Qoca Türkün düşdüyü dərd yaman hey…
Dِrd bir yana dağılmış Türk soyları,
Sِnmüş ocaq, kِçüb getmiş boyları,
Dərdli-dərdli axar bozqır çayları,
Saxlar içdən gizli ümid, güman hey…
Qoca Türkün düşdüyü gün yaman hey…
Ağ alnına qara yazı yazılmış,
Yaylalarda düyün-dərnək pozulmuş,
Gəlinlərin gur saçları çِzülmüş,
Yada qalmış, dilər eldən aman hey…
Qoca Türkün düşdüyü dərd yaman hey…
Dağdan-dağa çarpıb getmiş doğanlar,
Qayalarda iz buraxmış al qanlar,
Ordulara buyruq verməz elxanlar
Nərdə qalmış Sədlər yıxan fərman hey…
Qoca Türkün düşdüyü dərd yaman hey…
Xarab olmuş Buxarası, Başkəndi,
Matəm tutmuş Səmərqəndi, Daşkəndi,
Kəndi sِylər, tِkər gِzdən yaş kəndi
Nə ozan var, nə yazan, nə şaman hey…
Qoca Türkün düşdüyü dərd yaman hey…
Qazan, Başqurd batmış, Qırım sürülmüş,
Mənim çəkik gِzlü yarım süzülmüş,
Qonum-qonşum, bütün varım sürülmüş,
Bulunurmu Sibiryada iman hey?
Qoca Türkün düşdüyü dərd yaman hey…
Türk elləri bir-birinə yadlanır,
Qazax, qırğız, türkmən, ِzbək adlanır,
Azəri Türk yanar, içdən odlanır,
Ana yurdun içdən halı duman hey…
Qoca Türkün düşdüyü dərd yaman hey…
Orqun çağlar, yatmış ellər ayılmaz,
Tarım çayı doğru yola qoyulmaz,
Hey səslənir Amu-Dərya, duyulmaz,
Sır-Dəryada qalmamışdır dərman hey…
Qoca Türkün düşdüyü dərd yaman hey…
Xəzər coşar, xəbər salar Kürünə,
Axıb gedər Kür sürünə-sürünə,
İdil ağlar, Altın Ordu yədinə,
Aral kəndi varlığında peşman hey…
Qoca Türkün düşdüyü dərd yaman hey…
Azərbaycan dərd içində doğulmuş,
Sevənləri diyar-diyar qovulmuş,
Ağla, şair, ağla, yurdun dağılmış,
Nərdə qopuz, nərdə qırıq kaman hey?..
Nərdə bِyük Vətən - nərdə Turan hey!..
----- ------- -----
++++++++++
Səni unutsam...
Mən səni unuda bilmirəm, axı
unutsam nələri unudam gərək
gِylərə baxmışıq aylı gecədə
unutsam gِyləri unudam gərək!
---___---___---
Dənizi unudum, ya dalğaları
xatirən yadımdan çıxaydı
payızda xəzanı, qışdasa qarı
baharda gülləri unudam gərək!
---___---___---
De necə unudum mən səni necə?
sevgi durna dəyil payızda kِçə
yuxuma gəlirsən mənim hər gecə
ayları, illəri unudam gərək!
---___---___---
Sənin xəyalındır həsrətlə baxan
adındır hər saat qarşıma çıxan
qarışıb şəklinə gِzümdən axan
yağışı, selləri unudam gərək!
---___---___---
Sinəmdə pəşiman ürəyim qaldı
uçdun əllərimdə lələyim qaldı
nələri itirib, bax nəyim qaldı
nələri, nələri unudam gərək!
---___---___---
Nüsrət Kəsəmənli
++++++++++